Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir şəhərində xəstəxanaların birində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın elmi-tədqiqat xəstəxanasının dializ şöbəsində başalyıb. Yanğına səbəb isə elektrik naqillərində baş vermiş qısa qapanma olub.
Yanğın sürətlə yayıldığından xəstəxanadkı pasiyentlər pəncərələrdən təxliyə edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb.