...

Yeni Zelandiyada terror aktı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Dünya xəbərləri Materials 17 Mart 2019 11:07 (UTC +04:00)
Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı artıb
Yeni Zelandiyada terror aktı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Bakı. Trend:

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, ölkə polisinin komissarı Mayk Buş bildirib ki, ölənlərin sayı 50 nəfərə çatıb. Onun sözlərinə görə, yaralıların da sayı 50 nəfər təşkil edir.

Daha əvvəl 49 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, martın 15 silahlı şəxslər Kraystçerç şəhərində "Ən-Nur" və "Linvud" məscidlərinə hücum ediblər. Terror aktı ilə əlaqədar 3 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti