...

ABŞ Milli Kəşfiyyatının rəhbəri Seula gedib

Dünya xəbərləri Materials 20 Mart 2019 08:25 (UTC +04:00)
ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Cənubi Koreyaya səfərə gedib
ABŞ Milli Kəşfiyyatının rəhbəri Seula gedib

Bakı. Trend:

ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Cənubi Koreyaya səfərə gedib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası hökümətindəki mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, D.Kouts kəşfiyyat məlumatları, həmçinin Koreya Xalq Demokratik Respublikasındakı vəziyyətə dair qiymətlərə koreyalı həmkarları ilə paylaşacaq. Pxenyanın nüvə proqramı istiqamətində atılacaq addımlar üzrə birgə yanaşma hazırlamaq planlaşdırılır.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Xanoyda ABŞ və KXDR sammiti baş tutub. Sammitin yekunları üzrə tərəflər razılığa gələ bilməyiblər.

Xəbər lenti

Xəbər lenti