...

Sudanda prezident sarayında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Mart 2019 21:52 (UTC +04:00)
Sudanın paytaxtı Hartumda prezident sarayında güclü yanğın olub
Sudanda prezident sarayında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:14-də yayılıb)

Bakı. Trend:

Sudanın paytaxtı Hartumda prezident sarayında güclü yanğın olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Mülki Müdafiə Qüvvələri yanğını söndürüblər.

Jurnalistlərlə görüşən prezident administrasiyasının baş katibi Məhəmməd Salih bildirib ki, yanğın yalnız bir neçə otağa yayılıb.

Onun sözlərinə görə, binada demək olar ki, heç kəs işləmir, prezident və onun administrasiyasının bütün idarələri yaxınlıqda yerləşən yeni iqamətgaha köçübləl.

XXX

19:14

Sudanın paytaxtı Hartumda prezident sarayında güclü yanğın olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğının fotoları və videoları sosial şəbəkələrin istifadəçiləri tərəfindən dərc edilir.

Yanğının digər təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti