...

Moskvada 2 ticarət mərkəzindən təxminən 3,4 min insan təxliyə edilib

Dünya xəbərləri Materials 23 Mart 2019 23:08 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "XL" ticarət mərkəzindən təxminən 800 nəfər təxliyə edilib
Moskvada 2 ticarət mərkəzindən təxminən 3,4 min insan təxliyə edilib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "XL" ticarət mərkəzindən təxminən 800 nəfər təxliyə edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təxliyəyə səbəb ticarət mərkəzinin binası daxilində partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Hazırda ticarət mərkəzi operativ xidmətlər tərəfindən yoxlanılır.

Bundan əlavə, "RİA Novosti"nin məlumatına əsasən, "RİO" ticarət-əyləncə mərkəzindən 2,6 min insan təxliyə edilib. Buradada təxliyəyə səbəb bina daxilində partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Xəbər lenti

Xəbər lenti