...

Sinqapurda təyyarə təcili eniş edib - partlayıcı qurğu səbəbindən

Dünya xəbərləri Materials 26 Mart 2019 08:27 (UTC +04:00)
"Singapore Airlines" aviaşirkətinə məxsus təyyarə Sinqapur Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə Çanqi hava limanında təcili eniş edib
Sinqapurda təyyarə təcili eniş edib - partlayıcı qurğu səbəbindən

Bakı. Trend:

"Singapore Airlines" aviaşirkətinə məxsus təyyarə Sinqapur Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə Çanqi hava limanında təcili eniş edib.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, təcili enişə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Mumbaidən uçan "Boeing 777-300ER" laynerinin göyərtəsində 263 sərnişin olub.

Təyyarə eniş etdikdən sonra sərnişinlərdən qadın uşağı ilə yoxlanış üçün saxlanılıb, bütün digər sərnişinlər əlavə yoxlanışlardan sonra buraxılıb.

"The Straits Times"ın məlumatına əsasən, göyərtədə partlayıcı qurğunun olması barədə məlumat təyyarə Mumbaidən qalxdıqdan dərhal sonra daxil olub. Digər təfərrüatlar barədə məlumat verilmir.

İlkin məlumata əsasən, təyyarədə partlayıcı qurğu aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti