...

Polşada ABŞ ordusunun yük maşınları toqquşdu - Yaralılar var

Dünya xəbərləri Materials 26 Mart 2019 17:13 (UTC +04:00)
Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub
Polşada ABŞ ordusunun yük maşınları toqquşdu - Yaralılar var

Bakı. Trend:

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub.

Trend-in məlumatına görə, qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti