...

Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Dünya xəbərləri Materials 27 Mart 2019 02:40 (UTC +04:00)
Əfqanıstan XİN İslamabaddakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Bakı. Trend:

Əfqanıstan XİN İslamabaddakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Trend-in məlumatına görə, buna səbəb Pakistanın baş naziri İmran Xanın bəyanatı olub. Kabul nazirin bəyanatını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Qeyd edək ki, daha öncə İmran Xan deyib ki, Əfqanıstan hakimiyyəti "Taliban" hərəkatı ilə sülh danışıqların aparılması üçün maneələr törədir və bu vəziyyətdən çıxış yolunun tapılması üçün müvəqqəti hakimiyyət yaratmağı tövsiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti