...

Ermənistan parlamentinin xadimələri etiraz edir

Dünya xəbərləri Materials 27 Mart 2019 14:25 (UTC +04:00)
Ermənistan parlamentində işləyən xadimələr etiraz aksiyası keçirir
Ermənistan parlamentinin xadimələri etiraz edir

Bakı. Trend:

Ermənistan parlamentində işləyən xadimələr etiraz aksiyası keçirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onlar əvvəlki əmək müqaviləsi ilə təyin olunmuş maaşların verilməsini tələb edir.

Xadimələr öz tələblərini parlamentin vitse-spikeri Vahe Enfiacyana təqdim edib.

Etirazçılar bildirir ki, onlara təxminən 82 dollar əməkhaqqı təklif olunur.

Vitse-spiker xadimələrin tələbini parlamentdə səsləndirməyi vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti