...

Əfqanıstanda hücum - 7 polis həlak oldu

Dünya xəbərləri Materials 28 Mart 2019 12:39 (UTC +04:00)
Əfqanıstanın cənubundakı Zabul əyalətində nəzarət-buraxılış məntəqələrinə hücum baş verib
Əfqanıstanda hücum - 7 polis həlak oldu

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Zabul əyalətində nəzarət-buraxılış məntəqələrinə hücum baş verib.

Trend-in məlumatına görə, silahlıların hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.

Bundan başqa, daha 8 polisin yaralandığı deyilir. Hücumdan sonra silahlılar bölgədən uzaqlaşıb.

Hücumu kimin törətdiyi və digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti