...

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 224-ə çatıb

Dünya xəbərləri Materials 8 Aprel 2019 02:27 (UTC +04:00)
Braziliyada "Vale" şirkətinin bəndinin dağılması nəticəsində ölənlərin sayı 224-ə çatıb.
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 224-ə çatıb

Bakı. Trend:

Braziliyada "Vale" şirkətinin bəndinin dağılması nəticəsində ölənlərin sayı 224-ə çatıb.

Trend-in məlumatına görə, bunu Mina-Jerays ştatının mülki müdafiə qüvvələri bildirib. Daha öncə 217 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 69 nəfər itkin düşmüş hesab edilir.

Xatırladaq ki, "Vale" şirkətinin bəndinin dağılması Brumadinyo bələdiyyəsində yanvarın 25-də baş verib, palçıq axınları "Vale" şirkətinin inzibati binası və yaşayış evlərinə dolub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti