...

Məşhur "LEGO-insan" fiqurunun yaradıcısı vəfat edib

Dünya xəbərləri Materials 23 Fevral 2020 10:02 (UTC +04:00)
Məşhur LEGO insan fiqurunun yaradıcısı Yens Niqard Knudsen Danimarkada 78 yaşında vəfat edib
Məşhur "LEGO-insan" fiqurunun yaradıcısı vəfat edib

Bakı. Trend:

Məşhur LEGO insan fiqurunun yaradıcısı Yens Niqard Knudsen Danimarkada 78 yaşında vəfat edib.

Trend-in məlumatına görə, 30 ildən çoxdur ki, Y.N.Knudsen Danimarkanın "Lego Group" şirkətində dizayner olub.

O, keçən əsrin 70-ci illərinin sonlarında çıxan məşhur hərəkətli əl və ayaqları olan insan mini-fiqurunun yaradıcılarından biri oldu.

Ölüm səbəbi yan amiotrofik skleroz olub. Bu, sinir sisteminin əzalarını iflic edən və əzələ atrofiyasına səbəb olan sağalmaz xəstəlik sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti