...

İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub

Mədəniyyət Materials 25 Fevral 2020 17:32 (UTC +04:00)
İranda yeni koronavirusa yoluxmanın qarşısının alınması ilə bağlı sosial şəbəkələrdə şərbət reklam edən məşhur aktrisa Behnuş Bəxtiyari məsuliyyətə cəlb olunub.
İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirusa yoluxmanın qarşısının alınması ilə bağlı sosial şəbəkələrdə şərbət reklam edən məşhur aktrisa Behnuş Bəxtiyari məsuliyyətə cəlb olunub.

Trend-in məlumatına görə, bunu İranın Təzirat (ictimai qaydaları pozan orqanlara və şəxslərə cəza tətbiq edən) Təşkilatının sözçüsü Yasir Rayqani deyib.

Təşkilat rəsmisi vətəndaşların belə reklamlara inanmamasını istəyib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirus nəticəsində 15 nəfərin həlak olduğunu və 95 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti