...

İranda beş deputat koronavirusa yoluxub

Dünya xəbərləri Materials 29 Fevral 2020 13:57 (UTC +04:00)
İran parlamentinin beş deputatı koronavirusa yoluxub
İranda beş deputat koronavirusa yoluxub

Tehran. Sara Riyazi - Trend:

İran parlamentinin beş deputatı koronavirusa yoluxub.

Bunu Trend-ə İran parlamenti rəyasət heyətinin nümayəndəsi Əsədulla Abbasi deyib.

O, bu gün vəfat etmiş deputatın bu virusdan öldüyünü təsdiq edib.

Ə.Abbasi bildirib ki, parlament koronavirusla bağlı vəziyyəti öyrənmək üçün qrup yaradıb. Bu vəziyyət Koronavirusla mübarizə Milli Komitəsi ilə müzakirə olunacaq.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib, 593 nəfər bu virusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti