...

Gürcüstanda koronavirusa üçüncü yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 29 Fevral 2020 13:59 (UTC +04:00)
Həmin şəxs ötən gün İrandan gəlmiş Gürcüstan vətəndaşıdır
Gürcüstanda koronavirusa üçüncü yoluxma qeydə alınıb

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanda koronavirusa üçüncü yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, həmin şəxs ötən gün İrandan gəlmiş Gürcüstan vətəndaşıdır. O, yoluxma aşkar edildikdən sonra dərhal xəstəxanaya yerləşdirilib.

A.Qamkrelidze əlavə edib ki, koronavirusa yoluxan hər üç şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, onların müalicələri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti