...

Filippində ticarət mərkəzində 30 nəfər girov götürüldü (VİDEO)

Dünya xəbərləri Materials 2 Mart 2020 10:23 (UTC +04:00)
Filippinin paytaxtı Manilada silahlı şəxs ticarət mərkəzlərindən birində 30 nəfəri girov saxlayıb
Filippində ticarət mərkəzində 30 nəfər girov götürüldü (VİDEO)

Bakı. Trend:

Filippinin paytaxtı Manilada silahlı şəxs ticarət mərkəzlərindən birində 30 nəfəri girov saxlayıb.

Trend-in məlumatına görə, insident zamanı bir nəfər xəsarət alıb.

Yaralanan şəxs ticarət mərkəzindən çıxarılaraq xəstəxanaya yola salınıb.

Qeyd olunur ki, silahlı şəxs mərkəzin sabiq mühafizəçisi olub. Girov qismində ticarət mərkəzinin əməkdaşları saxlanılır.

Hazırda həmin şəxslə danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti