Bakı. Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 211 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 26 380 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 825 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 461 044 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 121 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari bildirib ki, indiyədək İranda 383 368 nəfər koronavirusdan sağalıb.
İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunur.
İranda indiyədək 4,04 milyondan çox diaqnoz testi həyata keçirilib.