...

Slovakiyada koronavirusa qarşı tədbirlər sərtləşdirilib

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 03:23 (UTC +04:00)

Bakı. Trend:

Slovakiya hakimiyyəti yeni növ koronavirusun (COVİD-19) yayılmasının sürətlənməsi səbəbindən respublikadakı sosial məhdudiyyətləri əhəmiyyətli dərəcədə sərtləşdirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, oktyabrın 12-dən ölkədəki orta məktəblər distant təhsilə keçir, oktyabtın 15-dən isə Slovakiyada bütün ictimai tədbirlərin keçirilməsi qadağan edilir.

Bundan əlavə, Slovakiyada yalnız qapalı yerlərdə deyil, həm də açıq havada tibbi maskalardan istifadə məcburiyyəti tətbiq edilir. Restoranların və kafelərin yerində fəaliyyəti qadağan edilir (yay verandaları, teraslar və digər açıq hava sahələri olan kafelər və restoranlar istisna olmaqla).

Mağazalar yerli vaxtla saat 09:00-dan 11:00-dək yalnız yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti