Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 272 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 28 816 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 206 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 504 281 nəfərə çatıb. Virus daşıyıcılarından 4 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 409 121 nəfər koronavirusdan sağalıb.
Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 4,34 milyondan çox diaqnoz testi həyata keçirilib.