...

Serbiyada əyləncə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

Dünya xəbərləri Materials 15 Noyabr 2020 22:57 (UTC +04:00)
Serbiyada əyləncə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

Bakı. Trend:

Serbiyada bütün əyləncə müəssisələrinin fəaliyyəti 15 gün müddətinə məhdudlaşdırılır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Ana Brnabiç bildirib.

Onun sözlərinə görə, respublikada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə ciddi məhdudiyyətlər tətbiq olunur: "Biz bütün əyləncə müəssisələrinin - restoranlarin, kafelərin, klubların - fəaliyyətinə məhdudiyyətlət tətbiq edirik".

Baş nazir qeyd edib ki, bu müəssisələrin fəaliyyəti noyabrın 17-dən dekabrın 1-dək saat 21:00-dan 05:00-dək qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti