...

Avropa Komissiyası "Johnson & Johnson" peyvəndinin Aİ-də istifadəsinə icazə verib

Dünya xəbərləri Materials 11 Mart 2021 23:05 (UTC +04:00)
Avropa Komissiyası "Johnson & Johnson" peyvəndinin Aİ-də istifadəsinə icazə verib

Bakı. Trend:

Avropa Komissiyası koronavirusa qarşı ABŞ-ın "Johnson & Johnson" şirkətinin istehsal etdiyi peyvəndlərin Avropa İttifaqında istifadəsinə icazə verib.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Komissarı Stella Kiriakidis yazıb.

S.Kiriakidis bildirib: "Avropa Komissiyası COVİD-19-a qarşı peyvənd bazarına çıxış üçün "Johnson & Johnson" şirkətinə icazə verib. Avropada və xaricdəki vətəndaşlar üçün artıq dörd peyvənd mövcuddur. Təchizatın mümkün qədər fasiləsiz olmasını təmin etmək üçün şirkətlə işimizi davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti