...

Qırğızıstanda münaqişə zonasından 33 mindən artıq insan təxliyə edilib

Dünya xəbərləri Materials 2 May 2021 10:05 (UTC +04:00)
Qırğızıstanda münaqişə zonasından 33 mindən artıq insan təxliyə edilib

Bakı. Trend:

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar səbəbilə Batken və Leylek rayonlarından 33 388 Qırğızıstan vətəndaşı təxliyə edilib.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə və sosial inkişaf nazirinin müavini Aliza Soltonbekova deyib.

Onun sözlərinə görə, təxliyə edilənlərdən 19 142 nəfəri uşaqdır. Təxliyə edilənlərə humanitar yardımın göstərilməsi üzrə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti