...

Dünyada ötən sutka koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 3 May 2021 00:21 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 808 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 808 563 nəfər yeni koronavirusa yoluxub, 12 870 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 151 803 822, ölənlərin isə 3 186 538 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti