...

Əfqanıstanda hərbi bazaya hücum olub - 20-yə yaxın ölən var

Dünya xəbərləri Materials 3 May 2021 11:05 (UTC +04:00)
Əfqanıstanda hərbi bazaya hücum olub - 20-yə yaxın ölən var

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın Fərəh əyalətində hərbi bazaya hücum baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 18 hərbçi həlak olub, daha 10 nəfər yaralanıb.

Qeyd olunur ki, hücum "Taliban" silahlıları tərəfindən törədilib.

Silahlılar hərbi bazanın ərazisinə yeraltı tunel vasitəsilə daxil olub və partlayış törədib.

Hücum zamanı bazada 30-ya yaxın hərbçi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti