...

Dünyada ötən sutka koronavirusa 515 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 19 May 2021 04:05 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 515 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 515 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 515 104 nəfər yeni koronavirusa yoluxub, 11 014 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 163 312 429, ölənlərin isə 3 386 825 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti