...

NASA Veneraya tədqiqat aparmaq üçün iki missiya göndərəcək

Dünya xəbərləri Materials 3 İyun 2021 06:31 (UTC +04:00)
NASA Veneraya tədqiqat aparmaq üçün iki missiya göndərəcək

Bakı. Trend:

ABŞ Milli aviasiya və kosmik idarəsi (NASA) Venerada tədqiqat aparmaq üçün iki missiya göndərmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında deyilir.

"NASA Veneraya - Yerin ən yaxın qonşu planetinə iki yeni missiya təyin edib. Missiyanın məqsədi planetimizin xüsusiyyətlərinə bənzər bir çox [fiziki] xüsusiyyətə sahib olarkən Veneranın cəhənnəmə bənzər dünyaya çevrildiyini anlamaqdır", - m\lumatda deyilir.

Missiyaların 2028-2030-cu illərdə göndəriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti