...

İndoneziya sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 6 İyun 2021 14:45 (UTC +04:00)
İndoneziya sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

İndoneziyanın Talaud adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Manado şəhərindən 246 kilometr şimal-şərqdə, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti