...

Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq pandemiya ilə mübarizəni asanlaşdıra bilər - ÜST-nin rəhbəri

Dünya xəbərləri Materials 28 İyun 2021 05:05 (UTC +04:00)
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq pandemiya ilə mübarizəni asanlaşdıra bilər - ÜST-nin rəhbəri

Bakı. Trend:

Dünyada koronavirusa qarşı peyvəndlərə bərabərhüquqlu əlçatanlığın təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıra bilər.

Trend-in məlumaıtna görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Acı həqiqət budur ki, peyvəndlər ədalətli əsaslarla paylansaydı, hazırda biz pandemiyaya nəzarət edə bilərdik".

Onun sözlərinə görə, dünya ölkələri kifayət qədər məlumat, bioloji nümunələr, mənbələr, texnologiyalar və alətlərlə paylaşmırlar: "Böyük maliyyə və geosiyasi qüvvələri olan dövlətlər qlobal peyvənd tədarükünə nəzarəti ələ alıblar, dünyanın əksər yoxsul ölkələri isə unudulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti