...

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Dünya xəbərləri Materials 28 İyun 2021 20:50 (UTC +04:00)
ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 151 nəfərin taleyi naməlum qalır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Miami-Dade dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

O qeyd edib ki, axtarışlar gecə boyu davam edib:

"Biz daha bir cəsədi tapdıq. Beləliklə, ölənlərin sayı 10 nəfərə çatıb. 151 nəfərin taleyi naməlum olaraq qalır".

Onun sözlərinə görə, çökən binanın dağıntılarının sökməsi zamanı təcili yardım işçiləri ağır texnikalardan istifadə etməyə başlayacaq. Dairə başçısı bildirib ki, xilasetmə əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti