...

ABŞ Dövlət katibi ÜST-ün rəhbəri ilə koronavirusun mənşəyi ilə bağlı məsələləri müzakirə edib

Cəmiyyət Materials 29 İyul 2021 05:25 (UTC +04:00)
ABŞ Dövlət katibi ÜST-ün rəhbəri ilə koronavirusun mənşəyi ilə bağlı məsələləri müzakirə edib

Bakı. Trend:

ABŞ Dövlət Katibi Entoni Blinken Küveytdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adan Gebreyesus ilə görüşüb və koronavirusun mənşəyinin öyrənilməsi üzrə araşdırmaların ikinci mərhələsini müzakirə edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Məlumata əsasən, tərəflər digər məsələlərlə yanaşı ÜST-də islahatların davam etdirilməsi və qurumun gücləndirilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti