...

Britaniyada koronavirusa daha 24 470 nəfər yoluxub

Dünya xəbərləri Materials 2 Avqust 2021 00:35 (UTC +04:00)
Britaniyada koronavirusa daha 24 470 nəfər yoluxub

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 24 470 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 880 667 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 65 nəfər, hazırkı dövrədək isə 129 719 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti