...

Hindistanda daşqınlar nəticəsində 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 3 Avqust 2021 16:50 (UTC +04:00)
Hindistanda daşqınlar nəticəsində 14 nəfər həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər həlak olub.

Trend-in məlumatına görə, bölgədə 250 min nəfər yaşayış yerini tərk etməli olub.

Qeyd olunur ki, həlak olanlar əsasən, divarların çökməsi və elektrik vurması nəticəsində həyatını itirib.

Fəlakət zonasından çıxarılan insanlar üçün müvəqqəti sığınacaqlar yaradılıb. Humanitar yardımın daşınması üçün hərbi helikopterlərdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti