...

Argentina hakimiyyəti karantin məhdudiyyətlərinin yumşaldılmasını elan edib

Dünya xəbərləri Materials 7 Avqust 2021 02:54 (UTC +04:00)
Argentina hakimiyyəti karantin məhdudiyyətlərinin yumşaldılmasını elan edib

Bakı. Trend:

Argentina hökuməti karantin məhdudiyyətlərinin yumşaldılması və koronavirus səbəbindən tətbiq edilən qadağaların ləğvinə hazırlıq elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Alberto Fernandes bildirib.

A.Fernandes deyib: "Sabahdan etibarən bir yerə toplaşa biləcək insanların tədricən sayını artıracağıq". Ölkə hökumətindən bildiriblər ki, restoranlar, teatrlar, idman zalları artıq 70 faizə qədər doluluq dərəcəsi ilə işləyə biləcək.

Dövlət başçısının sözlərinə görə, peyvəndin ikinci dozasıyla vaksinasiyanın əhatə dairəsi genişləndikcə kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa ləğv ediləcək.

Argentina hökuməti ölkəyə gələ biləcək insanların sayının həftədə 11 900-ə qədər artdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti