...

Afrikada koronavirusa yoluxanların sayı 7 milyona çatır

Dünya xəbərləri Materials 7 Avqust 2021 21:09 (UTC +04:00)
Afrikada koronavirusa yoluxanların sayı 7 milyona çatır

Bakı. Trend:

Afrikada koronavirusa yoluxanların sayı 6,96 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, avqustun 7-si üçün Afrikada koronavirusa 6 964 194 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 175 878 nəfəri vəfat edib, 6 082 655 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti