...

Livanda partlayış olub, 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Avqust 2021 06:20 (UTC +04:00)
Livanda partlayış olub, 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Livanın Akkar rayonunda yanacaq saxlama çəni partlayıb.

Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə Livanın Qırmızı Xaç Cəmiyyətinin 22 təcili yardım briqadası cəlb edilib.

Məlumata əsasən, partlayış nəticəsində azı 20 nəfər həlak olub, 37 nəfər isə xəsarət alıb.

XXX

05:27

Livanda qaz daşıyan tankerdə partlayış baş verib.

Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə 22 təcili yardım briqadası cəlb edilib.

Bildirilir ki, insident nəticəsində 10 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti