...

Cənubi Koreya KXDR-ə humanitar yardım göndərəcək

Dünya xəbərləri Materials 19 Avqust 2021 09:12 (UTC +04:00)
Cənubi Koreya KXDR-ə humanitar yardım göndərəcək

Bakı. Trend:

Cənubi Koreyanın ictimai və dini təşkilatları humanitar yardım olaraq KXDR-ə 500 min tondan çox düyü göndərmək niyyətindədir.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə on belə təşkilatın birgə press-relizində deyilir.

Xüsusilə, "Koreya yarımadasındakı iqlim böhranının nəticələrini aradan qaldırmağa" yönəlmiş bu kampaniyanın həyata keçirilməsi çərçivəsində xüsusi əlaqələndirmə komitəsinin qurulması bildirilir.

Ümumilikdə, noyabr ayına qədər KXDR-ə 535 min ton düyü göndərilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti