...

Tayms-skverdə aşkarlanan şübhəli əşyanın təhlükəli olmadığı müəyyən edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Avqust 2021 22:36 (UTC +04:00)
Tayms-skverdə aşkarlanan şübhəli əşyanın təhlükəli olmadığı müəyyən edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Nyu-Yorkun mərkəzi küçəsi Tayms-skverdə aşkarlanan şübhəli əşyanın təhlükəli olmadığı müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə "TASS"a hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşı deyib.

Onun sözlərinə görə, mühasirəyə alınan ərazi açılıb, vəziyyət stabildir.

XXX

22:05

Nyu-Yorkun mərkəzi küçəsi Tayms-skverdə şübhəli əşya aşkarlanıb.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 12:30-da (Bakı vaxtı ilə 20:30) naməlum velosipedçi meydanın mərkəzi hissəsinə metal qab atıb.

Hadisə yerinə gələn polis əməkdaşları 45-ci keçədən 47-ci küçəyə qədər ərazini mühasirəyə alıblar. İnsanlar təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti