...

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2 207-ə yüksəldi

Dünya xəbərləri Materials 22 Avqust 2021 19:51 (UTC +04:00)
Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2 207-ə yüksəldi

Bakı. Trend:

Avqustun 14-də Haitidə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 207-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə respublikanın mülki müdafiə idarəsindən xəbər verilib.

Məlumata əsasən, yaralıların sayı dəyişməz olaraq qalır - 12 268 nəfər. 344 nəfər itkin düşən hesab olunur. Bölgədəki təxminən 53 min bina tamamilə, 77 mindən çoxu qismən dağılıb.

Hazırda xilasedicilər dağıntılar altında olan insanları axtarmağa davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti