...

Kolumbiyada bir nəfər koronavirusa qarşı yeddi dəfə peyvənd olunub

Dünya xəbərləri Materials 25 Avqust 2021 17:44 (UTC +04:00)
Kolumbiyada bir nəfər koronavirusa qarşı yeddi dəfə peyvənd olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Kolumbiyanın qərbindəki Kali şəhərində 60 yaşlı şəxs koronavirusa qarşı yeddi dəfə peyvənd olunub.

Trend-in məlumatına görə, şəhər rəhbərliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd olunur ki, həmin şəxs müxtəlif preparatlarla, o cümlədən "Sinovac", "AstraZeneca", "Pfizer" vaksinləri ilə peyvənd olunub. Vaksinlərin onun orqanizmində heç bir reaksiyaya yol açmadığı məlum olub.

Gələcəkdə bu cür halların qarşısının alınması üçün Kali şəhər rəhbərliyi elektron blanklar tətbiq etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti