...

Türk hərbçilərini Əfqanıstandan gətirən növbəti təyyarə Ankaraya enib

Dünya xəbərləri Materials 27 Avqust 2021 14:32 (UTC +04:00)
Türk hərbçilərini Əfqanıstandan gətirən növbəti təyyarə Ankaraya enib

Bakı. Çingiz Səfərli - Trend:

Əfqanıstandan təxliyə edilən türk hərbçilərini gətirən növbəti təyyarə yerli vaxtla saat 13:10-da Ankara Esenboğa Hava limanına enib.

Trend xəbər verir ki, Türkiyə Hava Qüvvələrinə aid təyyarə ilə Kabildən Pakistanın İslamabad şəhərinə gedən Türk Silahlı Qüvvələrinin şəxsi heyəti daha sonra Türk Hava Yollarına aid təyyarə ilə Ankaraya hərəkət ediblər.

Qeyd edək ki, türkiyəli sülhməramlıların təxliyəsi davam etdirilir və ilk təyyarə dünən Ankaraya enib.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti