...

Almaniya Afrikaya 70 milyon doz koronavirusa qarşı peyvəndi ayıracaq

Dünya xəbərləri Materials 27 Avqust 2021 22:56 (UTC +04:00)
Almaniya Afrikaya 70 milyon doz koronavirusa qarşı peyvəndi ayıracaq

Bakı. Trend:

Almaniya COVAX mexanizmi vasitəsi ilə Afrikaya 70 milyon doza koronavirusa qarşı peyvəndi ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel bir Afrika dövlətlərinin liderləri ilə görüşündən sonra Berlində keçirilən mətbuat konfransında deyib.

A.Merkel bildirib: "Almaniya bu il COVAX mexanizmi vasitəsi ilə 30 yox, 70 milyon doz vaksin ayıra biləcək. Peyvəndlərin ən qısa zamanda Afrikadakı insanlara çatdırılması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti