...

Yunanıstanın təxribatçı hərəkətləri heçnə ilə nəticələnməyəcək - Hulusi Akar

Dünya xəbərləri Materials 29 Avqust 2021 16:14 (UTC +04:00)
Yunanıstanın təxribatçı hərəkətləri heçnə ilə nəticələnməyəcək - Hulusi Akar

Bakı. Trend:

Yunanıstan başa düşməlidir ki, onun ekspansionist yanaşması və təxribatçı hərəkətləri ağılsızdır və heçnə ilə nəticələnməyəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanla həmsərhəd olan Ədirnə vilayətinə yoxlama səfəri zamanı deyib.

Nazir səfər zamanı Baş Qərargah rəisi General Yaşar Gülər, Quru Qoşunları Komandanı General Musa Avsevər, Hərbi Dəniz Qüvvələri Komandiri Admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyuz müşayiət olunub.

H.Akar yerindəcə Yunanıstan sərhədində görülən tədbirlər ilə tanış oldu və sərhədin sıfır nöqtəsindəki ordu hissələrini ziyarət etdi.

Nazir bildirib: "Bütün ölkələrin, xüsusən də qonşu Yunanıstanın rəhbərləri bilməlidir ki, bu ölkələrin xalqları üçün də yaxşı qonşuluq münasibətləri vacibdir. Ancaq təəssüf ki, Yunanıstanın təxribatları, qanunsuz təcavüz və ritorikaları ilə daim üzləşirik. Onlar (Yunan hakimiyyəti) daim Türkiyəyə qarşı təhdid dilindən istifadə edirlər".

Nazir vurğulayıb ki, Yunanıstan görünməmiş iddialar irəli sürür, bütün dəniz və hava məkanına iddialı olduğunu nümayiş etdirir və bununla da Türkiyənin imkanlarını məhdudlaşdırmaq üçün hər cür səy göstərir. Ancaq tarix bu şəkildə heç bir şeyə nail ola bilməyəcəyini göstərdi və bunu çox aydın görməlidirlər. Heç bir halda onların hüquqlarımızı, qanunlarımızı pozmasına və ya tapdalamasına icazə verməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti