...

Şotlandiyada partlayış baş verib, yaralananlar var

Hadisə Materials 19 Oktyabr 2021 05:40 (UTC +04:00)
Şotlandiyada partlayış baş verib, yaralananlar var

Bakı. Trend:

Şotlandiyanın Cənubi Ayrşir dairəsində yaşayış kompleksində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə BBC News telekanalı xəbər verib.

Məlumata əsasən, baş verən partlayış nəticəsində iki böyük və iki azyaşlı Kilmarnok şəhərində yerləşən xəstəxanaya çatdırılıb.

Bildirilib ki, partlayış nəticəsində dörd evə ziyan dəyib. Partlayış yerini əhatə edən ərazi boşaldılıb və iki yerli istirahət mərkəzi müvəqqəti sığınacaqlara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti