...

ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib

Gündəm Materials 6 Dekabr 2021 02:08 (UTC +04:00)
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Ghebreyesus COVID-19-un "omikron" ştammı səbəbindən Afrikanın cənub ölkələrinə birbaşa uçuşlara məhdudiyyətlər qoyan dövlətləri tənqid etdi.

Trend-in məlumatına görə, bu barədə ÜST-ın baş direktoru öz "Twitter" səhifəsində yazıb.

ÜST rəhbəri bəzi ölkələrdə gələnlərin uçuşdan qabaq verilən koronavirusla bağlı testlərin neqativ nəticələrini tanımamasını narahatedici adlandırıb:

"Bəzi ölkələrin "omikron" variantına görə Afrikanın cənub hissəsindən birbaşa uçuşları dayandırmağa davam etməsi hələ də təəssüf doğurur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti