...

Nyu-Yorkun baş prokuroru ştatın qubernatoru olmaq planlarından imtina edib

Dünya xəbərləri Materials 10 Dekabr 2021 04:00 (UTC +04:00)
Nyu-Yorkun baş prokuroru ştatın qubernatoru olmaq planlarından imtina edib

Bakı. Trend:

Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms ştatın qubernatoru vəzifəsinə namizədliyini irəli sürmməyəcək.

Trend-in məlumatına görə, bu barədə baş prokuror özünün "Twitter" səhifəsində yazıb.

L.Ceyms bildirib: "Mən baş prokuror kimi fəaliyyətimi davam etdirməliyəm. Bir sıra mühüm araşdırmalar və işlər var və mən bu işləri başa çatdırmaq niyyətindəyəm. Nyu-Yorkluların məni seçdiyi işi başa çatdırmaq üçün yenidən seçkilərə qatılacağam".

Xatırladaq ki, oktyabr ayında Letisiya Ceyms Nyu-York ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürmək istədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti