...

Ermənistan XİN qarşısında aksiya keçirilib, saxlanılanlar var

Dünya xəbərləri Materials 10 Dekabr 2021 13:04 (UTC +04:00)
Ermənistan XİN qarşısında aksiya keçirilib, saxlanılanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, etirazçılardan bir qrupu nazirlik binasına daxil ola bilib.

Aksiya ilə əlaqədar 13 nəfər saxlanılıb.

Qeyd olunur ki, etirazçılar nazir Ararat Mirzoyanla görüşməyi və Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələlərə aydınlıq gətirməyi tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti