...

İndoneziyada 6 yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq

Dünya xəbərləri Materials 11 Dekabr 2021 12:19 (UTC +04:00)
İndoneziyada 6 yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Dekabrın 24-dən etibarən İndoneziyada 6 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvəndlənməsi başlayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə nazirinin müavini bildirib.

Qeyd olunur ki, yeni vaksinasiya kampaniyası 6-11 yaşlı uşaqları əhatə edəcək.

Bir müddət əvvəl İndoneziyanın qida və dərman preparatlarına nəzarət qurumu uşaqlar üçün "Sinovac" peyvəndlərinin istifadəsini təsdiqləmişdi.

Bu günədək İndoneziyada əhalinin 37 faizinin koronavirusa qarşı tam peyvənd olunduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti