...

Meksikada silahlı hücum törədilib, 7 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Dekabr 2021 01:54 (UTC +04:00)
Meksikada silahlı hücum törədilib, 7 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Mexiko ştatında naməlum cinayətkarlar 7 nəfəri öldürüblər.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti öz saytında xəbər verib.

Məlumata əsasən, ölənlərin cəsədləri bölgənin Amanalko-de-Beserra rayonu yaxınlığında yol kənarında tapılıb.

Hadisə yerində hakimiyyət nümayəndələri avtomat silahlarda istifadə olunan sursatlardan patron qutuları aşkar ediblər.

Prokurorluq əməkdaşları qətliamla əlaqədar istintaqa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti