...

Norveçdə restoran və barlarda spirtli içki satışı qadağan edilib

Dünya xəbərləri Materials 14 Dekabr 2021 02:51 (UTC +04:00)
Norveçdə restoran və barlarda spirtli içki satışı qadağan edilib

Bakı. Trend:

Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar iaşə obyektlərində spirtli içkilərin satışını qadağan etmək qərarına gəlib.

Trend-in məlimatına görə, bu barədə "The Local" xəbərlər saytı bildirib.

Bu tədbirlər ölkə daxilindəki barlara, restoranlara və klublara aid olacaq. Yeni məhdudiyyətlər dekabrın 15-dən qüvvəyə minəcək.

Həmçinin, Norveç hakimiyyəti uşaq bağçalarına, məktəblərə getmə məhdudiyyətlərini geri qaytaracaq, orta məktəb və universitet tələbələri qismən distant təhsilə göndəriləcək. Bundan əlavə, hökumət səhiyyə sisteminə təzyiqi azaltmaq üçün vətəndaşlardan mümkün olduqca evdən işləməyi xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti