...

Silahlı qrup Tripolidə Liviya baş nazirinin ofisini mühasirəyə alıb

Dünya xəbərləri Materials 16 Dekabr 2021 07:48 (UTC +04:00)
Silahlı qrup Tripolidə Liviya baş nazirinin ofisini mühasirəyə alıb

Bakı. Trend:

Liviyada fəaliyyət göstərən silahlı qruplardan biri cümə axşamı gecə baş nazir Abdel Hamid Dbeibanın Tripolidəki qərargahın mühasirəyə alıb.

Trend yerli kivlərə istinadən xəbər verir ki, paytaxtda baş verənlərin arxasında Ümummilli Konqresin (keçmiş müvəqqəti parlament) keçmiş deputatı Salah Badinin komandanlıq etdiyi Misrata şəhərinin polisi dayanır. O daha əvvəl bildirmişdir ki, ölkədə heç bir seçki olmayacaq.

Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfi daha əvvəl Sİlahlı Qüvvələrə onun evinin təhlükəsizliyini təmin etməyə çağırmışdı. Bəzi mənbələrə görə, o və digər şura üzvləri artıq təhlükəsiz yerə çatdırılıb.

Paytaxtın əksər hissəsində vəziyyət gərgin olaraq qalır, şəhərin bir çox yerində elektrik enerjisi kəsildiyi bildirilir. Qərb bölgəsinin əsasən də Tripoli ətrafında bütün silahlı birləşmələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumatlar var. Tripolinin kənarında müxtəlif qrupların döyüşçüləri cəmləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti